28 Sentyabr 2017 16:30
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasından (MHP) ayrılmış Maral Akşənər yeni yaradacağı siyasi təşkilatın gələcək fəaliyyətindən danışıb.

Teleqraf.com xəbər verir ki, o, İstanbulda 1500-dən çox tərəfdarı ilə görüşdən sonra açıqlamalar verib.

Xanım siyasətçi deyib ki, yeni quracaqları partiyada Türkiyənin fərqli ölkələrində səfir işləmiş və hazırda təqaüddə olan Əhməd Ərozan, Tuqay Uluçevik, habelə sabiq nazirlərdən Aydın Tümən və Suat Çağlayan da təmsil olunacaq.

Keçmiş deputatlardan Cevhər Cevhəri, Kazım Ataoğlu, biznesmen Gidəm Özər, Tokio Universitetinin müəllimi Əlif Çökdəmir, sabiq polis rəisi Fatih Əryılmaz da Akşənərin yanında olacaq.

Partiyanın adı və emblemi 25 oktyabrda elan ediləcək.

Partiyada qadın təşkilatlarının olmayacağını bildirən Akşənər əlavə edib ki, qurumun rəhbər strukturlarının 30 faizi qadınlardan ibarət olacaq.

Siyasətçi tədbir keçirmək üçün salon tapmaqda çətinlik çəkdiklərini də deyib: “Ankarada həyat yoldaşımla qaldığım üç ayrı-ayrı otellərdən çıxarıldıq. Baxmayaraq ki, otelin pulunu ödəmişdik”.

Daha sonra Akşənər xatırladıb ki, onun həyat yoldaşı Rizədə doğulub: “Ərdoğan da rizəlidir. Mənim bildiyim odur ki, Ərdoğan özü barəsində “bir xanımdan qorxdu” təəssüratı yaratmaz”.


Müəllif: Cavad

Oxşar xəbərlər