Xarici İşlər naziri Elmar Məmmədyarov noyabrın 16-da Moskvaya işgüzar səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu KİV-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, səfər əsnasında Moskva şəhərində E.Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.
XİN-in mətbuat xidmətinin rəhbəri noyabrın 20-də isə Rusiya Federasiyasının Xarici İşlər naziri Serqey Lavrovun Azərbaycana səfər edəcəyini bildirib.