Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarından sonra Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.
Prezidentlər ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar ciddi narahatlıq ifadə edib. Yayılan rəsmi məlumatda bildirilir ki, tərəflər Trampın qərarının Yaxın Şərqdəki sülh prosesinə xələl gətirə biləcəyini vurğulayıblar.