25 Dekabr 2017 22:11
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu və razılaşdırılmış formatlar çərçivəsində həll oluna bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan prezidenti S.Sərkisyan Tiflisdə gürcüstanlı həmkarı Giorgi Marqvelaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.

S.Sərkisyan bildirib ki, Gürcüstan prezidenti ilə görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələləri də müzakirə olunub.

G.Marqvelaşvili öz növbəsində deyib ki, regionda bütün çətin məsələlər beynəlxalq hüquq çərçivəsində və danışıqlar yolu ilə həll olunmalıdır.

/APA/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər