19 Aprel 2018 19:43
806
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Azərbaycanla münasibətlərə öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi baxır".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi ənənəvi brifinqdə deyib.

Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin olduğunu söyləyən Rusiya XİN rəsmisi iki ölkə arasında iqtisadi, siyasi və humanitar sahələrdə əlaqələrin inkişafından danışıb: "Bu əməkdaşlığın əsasında bərabərhüquqluluq prinsipi, mehriban qonşuluq, çoxəsrlik dostluq dayanır. İki ölkə arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində qarşılıqlı sərfəli, etibarlı əlaqələr mövcuddur. Biz çox şadıq ki, Skripal məsələsi ilə əlaqədar müasir dünyada, o cümlədən Azərbaycanda obyektiv baxış mövcuddur". (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər