11 İyul 2018 07:52
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri başa çatdı. Bu nəzakət səfəri idi və müttəfiqlər arasındakı münasibətlərin ruhuna uyğun idi, illər öncə qoyulan ənənə pozulmadı. Diqqətimi Ərdoğanın Bakıda verdiyi bir açıqlama çəkdi. Məncə, Ərdoğanın Bakıda ən vacib açıqlaması bu oldu: “Azərbaycan prezidentinə FETÖ-yə qarşı mübarizə ilə bağlı təşəkkür edirəm”. Bunun ardınca çox maraqlı cümlə də işlətdi: “İki ölkənin təhsil nazirlikləri bu sahədə problemləri həll etmək üçün birgə çalışacaq”.

Teleqraf.com xəbər verir ki, Ərdoğanın Bakı səfərilə bağlı təəssüratını bölüşən siyasi ekspert Elxan Şahinoğluna görə, bu səfərdən sonra Gülən şəbəkəsinə aidiyyatı olduğu bildirilən məktəblərin statusunun dəyişdirilməsi gündəmə gələcək: "Məsələn, Ərdoğanın Bakıya gəlişindən əvvəl “İstək” litseyləri bağlandı. Bu litseylərdə təhsil alan şagirdlərin valideynləri övladlarını başqa məktəblərə keçirmək istəmirlər. İndi önəmli olan bu məktəblərin statusunu dəyişdirməklə əvvəlki yüksək təhsil standartlarını saxlamaqdır. Etiraf etmək lazımdır ki, Gülən şəbəkəsinin qorxunc siyasi iddiaları olsa da, pullu təhsildə xeyli irəriləmişdi".

E.Şahinoğlu bildirib ki, Ərdoğanın Qarabağ, Naxçıvana dəstək və regional layihələr barədə söylədikləri onun əvvəlki mövqeyinin dəyişmədiyini göstərir: "Buna baxmayaraq, prezidentlərin qapalı görüşündə bu mövzular ətrafında vacib detalların müzakirəsi də istisna deyil".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər