17 Dekabr 2018 13:05
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ermənistanın keçmiş başçısı Serj Sərkisyandan 5 rayonun Azərbaycana qaytarılmasını istəyib. Qənaətimə görə, belə bir dialoq olubsa, burada Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Lukaşenkonun səsləndirdiyi fikirlər yeni deyil və bu, Rusiyanın irəli sürdüyü həll variantlarından biridir:

“Azərbaycan heç vaxt bu variantı qəbul etməyib. Çünki bu, suverenliyimizi təhdid edən variantdır. Qənaətimə görə, Ermənistan 5 rayonu Azərbaycana qaytarmaqla, Qarabağın “müstəqilliyinə” nail olmaq istəyir. Buna görə də Lukaşenkonun bu təklifinə Sərkisyan dünəndən razı idi. Çünki bu, Putinin də razı olduğu plandır. Hazırda münaqişə ətrafında həssas vəziyyət yaranıb. Buna görə də İrəvan və Bakı arasında müzakirələrin yenidən fəallaşacağı gözləniləndir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Qarabağ məsələsinin mərhələli həllinə ilk növbədə 7 rayonun Azərbaycana qaytarılması ilə start verilməlidir: “Sonrakı mərhələdə isə Qarabağın statusunun müəyyən edilməsi üçün qaçqınlar bu bölgədə yerləşdirilməlidir. Yəni, Azərbaycanın ərazi bütövlüyünü təhdid edən hər hansı həll varinatının təqdim olunmasına imkan verilməməlidir ki, rəsmi Bakı uzun illərdir bu variantların üzərindən xətt çəkir”.

Qeyd edək ki, Aleksandr Lukaşenko Serj Sərkisyan Ermənistan prezidenti olarkən, onunla görüşdüyünü bildirib. O, iddia edib ki, həmin görüşdə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmalı olduğunu desə də, Sərkisyan bunu qəbul etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər