7 Yanvar 2019 16:49
763
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mehman Hüseynovla bağlı anti-milli şəbəkə və onun xaricdəki havadarlarının apardığı qarayaxma kampaniyasının yalnız bir məqsədi var: nə olursa-olsun , Azərbaycan dövlətinə, ölkəmizin bügünki inkişafına hansısa formada gölgə salsınlar, ona ləkə gətirsinlər. Yaxud, ölkədə təmin olunmuş istimai-siyasi sabitlik pozulsun. Qeyd etdiyim kimi, onların məqsədi yalnız bundan ibarətdir”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, bu gün onların Mehman Hüsynova yeni cinayət işinin açılması məsələsini ortaya ataraq kampaniyanı davam etdirmələri eyni mahiyyət daşıyır:

“Müəyyən insanlar var ki, onlar Azərbaycandakı bugünki inkişafı görmək istəməyən təşkilatların xeyrinə işləyir, onların sifarişlərini yerinə yetirirlər. Həmin insanlar bu təşkilatların maraqları üçün çalışır, onlardan vəsaitlər alır və Azərbaycanda onların maraqlarını yerinə yetirməyə can atırlar. Bu qəbildən hardansa nəsə axtarırıb tapmağa çalışırlar ki, onunla gündəmə gəlsinlər. Azərbaycan ictimai-siyasi həyatında nəsə bir fikir formalaşdırsınlar”.

A.Badamov qeyd edib ki, onların Mehman Hüseynova olan dəstəyi, apardıqları kampaniya da yalnız bu məqsədə xidmət edir. Yəni, onların Mehman Hüseynova olan rəğbətindən irəli gəlmir:

“Bu, yalnız Azərbaycan dövləti əleyhinə olan ideyaları həyata keçirmək məqsədi ilə təşkil olunur. Artıq Azərbaycan ictimaiyyəti də, Azərbaycan xalqı da bunu bilir. Belə ünsürlərin fikirləri Azərbaycan xalqı üçün heç də maraqlı deyil”.


Müəllif: Səxavət Həmid