“İsrail və Azərbaycan arasında 2019-cu ildə qarşılıqlı faydalı əməkdaşlıq yeni səviyyəyə çatacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Yəhudi Milli Fondunun vitse-prezidenti Noyman Zeev deyib.
Onun sözlərinə görə, tərəflər arasındakı münasibətlər yüksək xətt üzrə inkişaf edir:
“İsrail ənənəvi olaraq, Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir. Aviqdor Liebermanın xarici işlər naziri olduğu dövrdə mədəni, sosial-siyasi və iqtisadi sahələrdə əməkdaşlıq daha da gücləndirildi. Hazırda müxtəlif sahələri əhatə edən birgə layihələr həyata keçirilir”.