22 Aprel 2019 16:59
827
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukraynada prezident seçkiləri keçirildi. Siyasi partiyası və siyasi təcrübəsi olmayan Vladimir Zelenski prezident seçildi. Bu gün Ukraynada baş verən seçkilər, ondan da əvvəl seçki kampaniyası siyasi və seçki texnologiyalar haqqında yazılacaq kitablara, hətta dərsliyə düşəcək”.

Teleqraf.com xəbər verir ki, bunu REAL Partiyasının məclis başqanı Azər Qasımlı deyib.

Onun sözlərinə görə, Zelenskinin piar kampaniyası seçkilərdən bir neçə il əvvəl başladı:

“Ukraynada çox populyar olan və siyasi sistemi açan bir serialda baş rolda çəkilmişdi. Serialda o, adi tarix müəllimi idi, gəlib prezident oldu. Dünən filmdə izləyicilərə göstərdiklərini bu gün seçicilərlə bir yerdə gerçəkləşdirdilər. Sanki bütün ölkə bu şouda, bir əsərin süjetinin reallaşmasında iştirak etdi. Bir sözlə, film kimi həyat! Bu heç ABŞ siyasi texnoloqlarının ağlına gəlməmişdi”.

Azər Qasımlı Vladimir Zelenskinin uğurlu prezident olacağına inanmadığını bildirib:

“Necə ki, vaxtilə Fransada Emmanuel Makronun uğursuz olacağı şəxsən mənə gün kimi aydın idi. Siyasi partiya və siyasi fəaliyyətdən gəlməyənlərin uğurlu olacaqları çox şübhəlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu