10 Avqust 2019 18:40
1 376
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Dağlıq Qarabağ separatçılarına kəsdiyi yardım iki qüvvəni – Vaşinqtondakı Amerika Erməni Milli Komitəsini və Konqresdəki ermənipərəst konqresmenləri hərəkətə gətirib. Bu iki qüvvə güclərini birləşdirərək Donald Trampa təzyiqi artırıblar ki, Ağ Ev erməni separatçılarına maliyyəni kəsməsin. Erməni separatçıları illərdir fəxrlə deyirdilər ki, Dağlıq Qarabağ ABŞ-ın maliyyə ayırdığı yeganə tanınmayan bölgədir. İndi bu statusdan məhrum olmağa yaxın olan separatçılar bütün güclərini Ağ Evin qərarına qarşı səfərbər edirlər.

Teleqraf.com-un məlumatına görə, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Tramp tərs prezidentdir və adətən dediyini və planlaşdırdığını edir:

“Ağ Ev sahibi heç kimə müftə pul paylamır. Ancaq Trampa tam arxayıın olmağa da dəyməz. Vaşinqtondakı bütün ermənipərəstlərin səyi nəticəsində Trampa erməni separatçılarına yardımın dayandırılmasına etiraz edən konqresmenlərin sayı bir həftə ərzində 89-dan105-ə çatıb”.

Politoloq qeyd edib ki, beləliklə, ermənipərəstlərin Ağ Evə və Dövlət Departamentinə təzyiqi artır:
“Biz buna seyrçi qalmalıyıq, yoxsa əlimizdə az da olsa prosesə təsir edəcək alətlərimiz var? Əlbəttə, erməni lobbisinin Amerikada və Konqresdəki gücü bəllidir. Bu gücü zəiflətmək imkanımız xaricindədir. Buna baxmayaraq, ümid edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Vaşinqondakı səfirliyimizlə birgə nəsə planı var. Ağ Evin hazırki sahibi və Dövlət Departamenti Azərbaycanın Amerika üçün Ermənistandan daha dəyərli olduğunu bilir. Sadəcə, bu dəyəri imkan daxilində onların beyinlərində gücləndirmək lazımdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər