Tofiq Yaqublu Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürüb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Feysbuk səhifəsində məlumat yayıb.
"Müsavat Partiyasının Divanı növbəti qurultayımızın 12 oktyabr 2019-cu il tarixində keçirilməsi haqqında qərar qəbul etdi. Əminəm ki, Müsavat Partiyası bu dəfə də cəmiyyətimizə növbəti demokratiya örnəyi verəcək. Son günlər bir xeyli götür-qoy etdikdən sonra, nəhayət partiya başqanlığına namizədliyimi irəli sürməyə qərar verdim. Uğurlar, Müsavat!", - deyə Tofiq Yaqublu qeyd edib.
Qeyd edək ki, Tofiq Yaqublu ilə yanaşı, hazırki başqan Arif Hacılı və Yadigar Sadıqlı da başqanlığa namizəd olub.