14 Noyabr 2019 14:14
917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Riqada Avropa Qonşuluq Siyasətində media məsələlərinə həsr olunmuş növbəti konfransdayıq, kuluarlarda bəzi məlumatlar gəzir ki, Rusiyanın təşəbbüsü ilə erməni jurnalistlərin Azərbaycana səfəri təşkil olunur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev bildirib.

Onun sözlərinə görə, bu səfərin təşkili və seçimində əlaqə və iştirakı yoxdur, onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir.

Arif Əliyev Azərbaycanlı jurnalistlərin İrəvana səfərinə dair isə hər hansı informasiya eşitmədiyini söyləyib: “Mənə müxbir yaxınlaşıb soruşdu, mən də dedim, bu barədə eşitmişəm, amma bizim bu səfərlə, təşkilatçılıqda heç bir iştirakımız yoxdur”.

Bu səfərlərdə özünün iştirak edib-etməyəcəsinə gəlincə, Arif Əliyev vurğulayıb ki, bu, Rusiya hökumətinin təşəbbüsüdür: “Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərini təşkil etməyin vacibliyi vurğulamışdı, söyləmişdi ki, bununla bağlı konkret iş gedir. Bu barədə əvvəllər də soruşublar, cavabım “yox” olub, ehtiyac və imkan olsa, bu sahədə öz işimizi qura bilərik. Jurnalistika sahəsində əlaqələrin yaradılmasını perspektivli hesab etmirəm, əgər bu proses gedərsə, bir neçə istiqamətdə paralel olaraq getməlidir”.

Qeyd edək ki, noyabrın 17-də azərbaycanlı jurnalistlərin Ermənistana, 18-19-da isə erməni media nümayəndələrinin Azərbaycana səfər edəcəyinə dair məlumatlar yayılıb.


Müəllif: Nərgiz