Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında Sankt-Peterburqda görüş keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya lideri Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşündə bildirib.
Putin qeyd edib ki, İlham Əliyevlə dekabrın 20-də görüşü gözlənilir:
"Azərbaycan Prezidentinə ən xoş arzularımı çatdırın. Ümid edirəm ki, onunla dekabrın 20-də Sankt-Peterburqda görüşümüzdən məmnun olacağıq".