20 Yanvar 2020 20:28
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney Azərbaycanın Təbriz şəhərinin küçə və prospektlərində azərbaycanlı milli-mədəni fəalların azad edilməsini tələb edən posterlər asılıb.

Teleqraf.com xəbər verir ki, posterlərdə İran həbsxanalarında saxlanılan və məhkəmə orqanları tərəfindən saxta ittihamlarla istintaqa cəlb olunan fəalların qeyd-şərtsiz azadlığa buraxılması tələb olunur.

Posterlərdə həbs edilən fəalların şəkilləri ilə yanaşı, Azərbaycan (türk) dilində “Niyə azadlığa çalışanlar həbs edilir?” şüarı əks olunub.

İran həbsxanaları və ya müvəqqəti saxlanma təcridxanalarında saxlanılan güney azərbaycanlı fəallardan 32 nəfərinin kimliyi müəyyən edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər