20 Fevral 2020 18:59
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

MSK-nın iclasnda 57 saylı Kürdəmir seçki dairəsi üzrə namizəd olmuş Rəşad Qəribovun şikayətinə baxılıb.

MSK üzvü İlkin Şahbazov bildrib ki, quruma 18 protokol təqdim edilib:

“2 protokol istisna olmaqla digərləri DSK-dakı protokollarla eynilik təşkil edir. 16 məntəqədə olan səhvlər isə texniki səhvlərdir. Yalnız 27 və 33 saylı seçki məntəqələrinin protokollarında uyğunsuzluqlar aşkar edilib. Arşdırma nəticəsində 5 mənətəqədə pozuntular aşkar aşkar edildi. Ümumilikdə ləğvi təklif edilən seçki məntəqələrinin sayı 5-dir”.

İclasda Rəşad Qəribovun səlahiyyətli nümayəndəsi Ramiz Cəfərov və Rəşad Qəribov özü çıxış edib.
MSK müzakirədən sonra 57 saylı Kürdəmir seçki dairəsi üzrə 7, 18, 20, 27 və 33 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri ləğv edib.

Qeyd edək ki, Rəşad Qəribov III və IV çağırış Milli Məclisin deputatı Fərhad Qəribovun oğludur.


Müəllif: Səxavət

Oxşar xəbərlər