27 Mart 2020 17:40
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusdan müdafiə olunmaqla bağlı Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələri var. Əksər ölkələr buna əməl edirlər. Azərbaycanda koronavirusla mübarizə çərçivəsində həyata keçirilən siyasət Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsaslanır.

Bu fikirləri Teleqraf.com-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.

Siyasətçi bildirib ki, hər bir ölkədə virusun yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən müəyyən qadağalar tətbiq edilir:

“Məqsəd virusun yayılmasının qarşısını almaqdır. Bu mənada Azərbayan hökumətinin həyata keçirdiyi siyasət, qəbul etdiyi qərarlar düzgün addımlardır. Təbii ki, virus iqtisadi və sosial sahəyə ciddi zərər vurur. Dövlətlər də bu ziyanı aradan qaldırmaq üçün tədbirlər görür. Azərbaycan hökuməti də sosial və iqtisadi problemlərin həllinə yönələcək təkliflər paketi hazırlayır. Bu təkliflər hazırlandıqdan sonra onu qiymətləndirmək olar. Hər halda hesab edirəm ki, Azərbaycanda həyata keçirilən tədbirlər düzgün və əsaslıdır”.

Qulamhüseyn Əlibəyli ölkə vətəndaşlarını bu vəziyyətdə onun özü kimi davranmalarını, başqa sözlə, karantin şərtlərinə əməl etmələrini qeyd edib:

"Əgər biz karantin şərtlərinə əməl etmiriksə, deməli virusun yayılmasına şərait yaradırıq. Odur ki, xüsusi vacib məsələ yoxdursa, evdən bayıra çıxmağa ehtiyac yoxdur. Hazırda Azərbaycan koronavirus pandemiyası baxımından təhlükəli vəziyyətdə deyil. Amma təhlükə var, bu təhlükədən də qorunmaq lazımdır. Bunun da yolu izolyasiya, evdə səbrlə oturub vəziyyətin düzəlməsini gözləməkdir. Xüsusi karantin rejimi tətbiq edilir və onun şərtlərinə hər kəs əməl etməlidir. Hamımız dərk etməliyik ki, burada hamılıqla çıxış etməliyik. Bu saat karantin rejiminə əməl etmək milli həmrəylik deməkdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər