28 May 2020 18:33
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanın Respublika Günü münasibətilə rəsmi “Twitter” hesabında paylaşım edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı Gürcüstan və Azərbaycan arasında tarixi dostluq və möhkəm tərəfdaşlığın olduğunu bildirib.

“Azərbaycan Prezidentini Respublika Günü münasibətilə təbrik edirəm. Azərbaycan xalqına sülh, əmin-amanlıq və xüsusən də pandemiyanın çətin dövründə sağlamlıq arzulayıram”, - S.Zurabişvili yazıb.


Müəllif: Teleqraf.com