12 İyun 2020 15:55
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan parlamenti “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov məlumat verib.

Deputat deyib ki, layihə tibb müəssisələrinin akkreditasiyasının keçirilməsi qaydalarını və buna görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edəcək.

Məsələ barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da fikirlərini bildirib, layihəni yüksək qiymətləndirib.

Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər