Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsindən nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb.
Teleqraf.com-un xəbərinə görə, bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib.
O bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir.
“Bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”, - deyə K.Bayramov əlavə edib.
Millət vəkili Baş nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair qərar tez qəbul olunsun.