Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu döyüş əməliyyatları nəticəsində xalqımız böyük qələbə qazanıb. Bu qələbəni şərtləndirən amilləri təmin etmək üçün zəruri olan bütün addımlar atılıb. Ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Qarabağ münaqişəsinin həllini milli maraqlarımıza uyğun həllini təmin edib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib.
O, keçmiş Ermənistan prerzidenti Ter Petrosyanın vaxtilə söylədiyi "İndi Heydər Əliyevin təklifləri ilə razılaşmırsınızsa, gələcəkdə bundan daha ağır şərtləri qəbul etməyə sevinəcəksiniz” sözlərini xatırladıb.
Deputat qeyd edib ki, Azərbaycan öz gücü ilə bu reallığı təmin edib: “Azərbaycan xalqının az qala yüz illiklərlə davam edən bir nisgili, dərdi həll olundu. Xalqımız bu gün möhtəşəm qələbəyə sevinir. Dağlıq Qarabağın tam şəkildə geri alınması tarixi bir qələbədir. Bu gün Ordumuzun gücü qarşısında ermənilər qeyri-şərtsiz təslim oldu. Artıq proseslərdə şərt qoyan, diqtə edən tərəf Azərbaycandır”.
Millət vəkili sabitliyə nəzarət edəcək sülhməramlılarla bağlı səslənən fikirlərə də aydınlıq gətirib. Bildirib ki, sülhməramlılar ancaq nəzərdə tutulan təhlükəsizlik koridoruna nəzarət edəcək.
Deputat vurğulayıb. ilk növbədə həmin ərazilərdən didərgin salınmış azərbaycanlıllar öz yürdlarına qayıdacaq: “Bu prosesdə BMT-nin Qaçınlar Üzrə Ali Komissarlığı iştirak edəcək”.
Siyavuş Novruzova görə, ümumilikdə Qarabağ regionu ilə bağlı heç bir statusdan söhbət gedə bilməz: “Orada olan yerli ermənilər pasport qaydasında həmin ərazilərdə yaşaya biləcəklər. Bölgənin abadlaşdırılması və yenidən qurulması təmin olunacaq. Ancaq Azərbaycan vətəndaşı olan ermənilər bu ərazilərdə yaşaya bilər. Digər məqsədlər üçün Qarabağda hansısa bir qrupların yaşaması qeyri-mümkündür”.