16 Aprel 2021 17:02
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sədri Sahibə Qafarova Moldova Parlamentinin Sədri Zinaida Qreçanıy ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Spiker Sahibə Qafarova moldovalı həmkarını salamlayaraq qeyd edib ki, bu görüş ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir.

O deyib ki, MDB PA çərçivəsində qarşılıqlı fəaliyyətimiz Azərbaycan və Moldovanın qanunvericilik orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir.

Qeyd olunub ki, bu gün Azərbaycanın və Moldovanın ali qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları parlamentlərarasıəlaqələrimizin inkişafına öz töhfəsini verir.

Sahibə Qafarova bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi artıq tarixə qovuşub. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib və artıq ölkəmiz üçün quruculuq və yenidənqurma dövrü başlayıb. Lakin müharibənin bitməsinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Biz beynəlxalq ictimaiyyəti bununla bağlı Ermənistana təzyiq göstərməyə çağırırıq.

Azərbaycanlı həmkarı ilə görüşdən məmnunluğunu ifadə edən Moldova Parlamentinin sədri ZinaidaQreçanıy ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd edərək, bunun üçün mövcud imkanların dəyərləndirilməsinin vacibliyindən danışıb.

Söhbət zamanı iki ölkə arasında parlamentlərarası münasibətlərin, iqtisadi, ticari əlaqələrin inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər