Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri, konfliktoloq Əvəz Həsənov Teleqraf.com-un qonağı olub.
Əvəz Həsənov müsahibə zamanı Vətən müharibəsinin başa çatmasından ötən 7 ay ərzində həyata keçirilən humanitar tədbirləri qiymətləndirib.
İki ölkə (Azərbaycan və Ermənistan) və xalq arasında münasibətlərin gələcəyinə beynəlxalq təsirlər barədə danışıb. Bu təsirlərin müsbət, yoxsa mənfi istiqamətdə olmasına dair sualı cavablandırıb.
Əvəz Həsənov sülhün, sülhyaratma prosesinin gələcəyi barədə fikirlərini bölüşüb.
Hazırda Ermənistan cəmiyyətində hansı əhval-ruhiyyənin mövcud olması Əvəz Həsənovun cavablandırdığı növbəti sual olub.
Müsahibə zamanı Ermənistanla böyük sülh sazişinin imzalanması ilə bağlı da müzakirələr aparılıb.