“Təklif edirəm ki, gündəlikdə olan məsələləri başa çatdırdıqdan sonra iclasın sonunda 1 saatlıq vaxtımızı Qurtuluş günü ilə bağlı məsələyə həsr edək”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Zahid Oruc əlavə edib ki, həmin vaxt zamanı Qurtuluş günü ilə bağlı kimin sözü varsa, danışsın. Şəxsən mənim sözüm var.