Rusiya Müdafiə Nazirliyi bu gün "Zirkon" adını verdiyi hipersəsli idarə olunan raketi sınaqdan uğurla keçdiyini elan edib.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sözügedən sınağın görüntülərini ictimaiyyətlə paylaşıb.
Admiral Gorşkovun açıqlamasında qeyd edilib ki, sınaq Barents dənizində keçirilib və hipersəsli raket 350 kilometrdən hədəfi vurub.
Məlumat üçün qeyd edək ki, 2018-ci ildə açıqlama verən Rusiya Prezidenti Putin hipers səsli raketlərin rus ordusunun arsenalında yeni nəsil olduğunu elan edib. Qeyd edib ki, bu raketlər dünyanın istənilən nöqtəsində hədəfi vura bilir.