22 Sentyabr 2021 10:07
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, Ermənistan “müstəqillik” gününü məğlub ahəngdə qeyd edir. Erməni cəmiyyəti nə vaxt bu işğalçı ideologiyadan uzaqlaşacaq?

- Ermənistan cəmiyyəti üçün bu bir milli bəladır. Erməni toplumu özünü hamıdan üstün, ağıllı, çox ambissiyalı aparır. Başqa xalqların, dövlətlərin tarixini mənimsəməyə çalışır. Ermənilər özünə aid olmayan səhnələri yazmağa can atır. Bu toplum daima başqa dövlətlərin tərkibində olarkən onun hakimiyyət orqanlarına doluşaraq, başqa xalqlara ilk növbədə Azərbaycan xalqına qarşı çox rəzalətlər törətməyə çalışıb.

- Təsadüfi müstəqillik əldə etmiş xalqlar sırasında ermənilərin də adı hallanır...

- Tarixin müəyyən bir gedişində Ermənistan təsadüfən müstəqillik əldə edib. Onlara elə gəlib ki, yenə də böyük dövlətlərin tərkibindədirlər. Böyük dövlətlər də bunların ambissiyalarını yerinə yetirəcək. Bunun nəticəsidir ki, ermənilər Azərbaycan torpaqlarını işğal etmişdi. Qonşu dövlətlərə qarşı ərazi iddiası ilə çıxış olunub. Nəticədə isə 30 ilin axırında heç nə qazanmadılar. Bu gün bayraq, gerb Ermənistan respublikası yazılmış, blanklardan, vərəqələrdən başqa heç nələri yoxdur. Nə səmərəli sosial dövlət qura biliblər, nə də ki əhalisini işlə, yaxşı güzəranla təmin edə biləcək iqtisadiyyat qurmağa nail olmayıblar.

- Ermənistan demək olar ki, öz qonşuları ilə heç bir normal münasibət qura bilməyib. Bunun səbəbi nədir?

- Bu on illiklərdə ermənilər heç bir qonşu dövlətlə belə normal münasibət qurmağı bacarmayıb. Ermənistan cəmiyyəti bu yuxudan nəhayət ki, ayılmalıdır. Onlar başa düşməlidir ki, iddialarla, başqa xalqların torpağını, tarixini, mədəniyyətini oğurlamaqla heç nə qazanmaq olmaz. Müasir dövr yaxşı münasibətlər, dostluq beynəlxalq hüququn üstün olduğu bir dövrüdür. Ermənistan nə qədər ki bu düşüncəyə gəlməyib, həmişə ciddi problemlər içərisində çabalayacaq.

- Sülh, əməkdaşlıq üçün uzanan əli Ermənistan niyə tutmağa qorxur, buna əngəl olan səbəblər nələrdir?

- Hələ də Ermənistanda və erməni cəmiyyətində siyasi elita reallığı dərk edə bilmir. Onlar hələ də dərk edə bilməyiblər ki, Azərbaycan öz torpaqlarına sahib olub. Onlar dərk edə bilməyiblər ki, öz qazandıqlarını yeməlidirlər. Nəhayət anlamalıdırlar ki, heç bir dövlət ermənilərin çirkin istəklərini yerinə yetirmək üçün səy göstərməyəcək.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər