Azərbaycan və Ermənistan xarici işlər nazirilərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.
Teleqraf.com-un məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko TASS agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, bu görüşün baş tutması Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinin müəyyən cizgilər əldə etdiyinin işarəsi ola bilər.