Azərbaycanın Britaniyadakı konsulu Londonda ilin konsulu seçilib.
Tural İsmayılov “Embassy Magazine” tərəfindən keçirilən mükafatlandırma mərasimində Asiya üzrə ilin konsulu seçilib.
Azərbaycan səfirliyinin əməkdaşı Böyük Britaniyadakı çoxsayılı Azərbaycan və Britaniya vətəndaşlarına keyfiyyətli konsulluq xidməti göstərdiyinə görə bu mükafata layiq görülüb.