25 May 2023 10:51
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İtaliyanın Emilia-Romagna bölgəsində baş vermiş təbii fəlakət nəticəsində həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk”.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.

“Dualarımız itkin düşənlərlədir və zərər çəkənlərə şəfa diləyirik”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Emilia-Romagna baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı dağıntı və insan tələfatı olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər