10 İyun 2023 14:05
1 346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Ermənistan şərti sərhəd xəttində, həmçinin Qarabağda hələ də qalmaqda olan qanunsuz silahlılar davamlı təxribatlara əl atır. Faktiki olaraq hərbi müstəvidə tərəflər arasında hərarət artmaqdadır. Ötən gecə erməni tərəfi Basarkeçər rayonu Qaraiman kəndi istiqamətindən Azərbaycan mövqelərini atəşə tutub. Görünən odur ki, qarşı tərəf səyyar şəkildə yerdəyişmə etməklə Kəlbəcər, Gədəbəy, Daşkəsən istiqamətlərində təxribatlar törədir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə də mövqelərimizin atəşə tutulması başqa mətləblərə xidmət edir:

“Burada rus sülhməramlılarının niyyəti atəşkəsin daha çox pozulmasına xidmət edir. Çünki onlar öz hesabatlarında atəşkəsin 100-150 dəfə pozulması faktını qeyd etməyə çalışır. Fakt odur ki, sülhməramlılar separtatçıların hərbi kolonlarının yerdəyişməsinə yardım edir. Azərbaycan Odusunun üzbəüz mövqelərinə yaxın yerlərdə separatçılar üçün daimi dislokasiya məntəqəsi yaratmağa imkan verir”.

Polkovnik hesab edir ki, separatçı Ruben Vardanyanla Araik Arutunyanın sonuncu qapalı görüşündə Azərbaycana qarşı mümkün təxribatlarla bağlı müzakirə aparılıb:

“Bütün bunlar onların daha geniş təxribata hazırlaşdıqlarını təsdiqləyir. Sözsüz ki, Azərbaycan bu təxribatlara qarşı cəzalandırma əməliyyatı icra edəcək. Sadəcə olaraq bunu çox da uzatmaq lazım deyil. Çünki proses uzandıqca separatçılar özləri üçün hazırlıqlar görür”.

Üzeyir Cəfərova görə, Fransanın Ermənistana verəcəyi silahlarla bağlı adekvat addımlar atılmalıdır:

“Fransa Ermənistana uzun mənzilli raketlər verir. Məqsəd Azərbaycanın hərbi obyektlərinə zərbə endirməkdir. Əslində bu silahlar Azərbaycan qarşı mümkün təzyiq elementləridir. Ona görə də, bunların qarşısı zamanında alınmalıdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər