TDT ölkələri prezidentlərinin köməkçiləri və diplomatik müşavirləri yeni dialoq mexanizmini işə salıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə saldıq”, - H.Hacıyev qeyd edib.