23 Oktyabr 2023 21:24
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.

"Tərəflər razılaşıblar ki, iştirakçı ölkələrin hər biri müxtəlif sahələr üzrə milli ideyaları formalaşdıracaq xüsusi nümayəndə təyin edəcək. Daha sonra bütün bunları türkiyəli həmkarlarımız koordinasiya edəcək və nazirlərin ikinci toplantısına ev sahibliyi edəcəklər", - S.Lavrov qeyd edib.

Nazir gələn il keçiriləcək görüşə Gürcüstan tərəfinin də qatılacağına ümid etdiyini deyib.

Qeyd edək ki, bu gün İranın paytaxtı Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) xarici işlər nazirlərinin görüşü keçirilib. İclasda Türkiyə, Rusiya, İran, Ermənistan xarici işlər nazirləri Hakan Fidan, Sergey Lavrov, Hüseyn Əmir Abdullahiyan və Ararat Mirzoyan iştirak edib.

Gürcüstan da “3+3” formatına daxil olsa da, Tehran görüşünə qatılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər