Prezident İlham Əliyev Qranada görüşünə getməməsinin səbəblərini açıqlayarkən maraqlı fikirlər səsləndirib.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forumda çıxışında bildirib.
“Mən çox təəccübləndim, onlar bu görüşü mənsiz təşkil etdilər. Sanki mən özüm öz toyumda iştirak etmədən məni evləndirdilər. Bunu necə etmək olar? Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı qətnaməni necə qəbul edə bilərlər ki, mən özüm orada olmamışam” - deyə Prezident maraqlı reaksiyası verib.