İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Herzi Halevi Fələstinin Həmas hərəkatı tərəfindən səhvən öldürülən üç girovun məsuliyyətini öz üzərinə götürüb.
Teleqraf.com İsrail mətbuatına istinadən xəbər verir ki, Halevi baş verənlərə görə komandir kimi İDF-nin də məsuliyyət daşıdığını və gələcəkdə belə halların baş verməməsi üçün hər şeyi edəcəyini vurğulayıb.
O əlavə edib ki, İDF həlak olanların ailələrinə başsağlığı verir və yas saxlayır.