5 Yanvar 23:38
1 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

Blinken Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etdiklərini bəyan edib. ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında da Azərbaycan iki iddia ilə ittiham olunur:

- Qarabağda xristian dini irsinin qorunmadığı, erməni əhalisinin hüquqlarının pozulduğu iddia edilir;

Halbuki, işğal dövründə Azərbaycanın dini abidələri tamamilə məhv edilib, məscidlər donuz damına çevrilib. Bu faktların dilə gətirilmədiyi halda ermənilərin dini hüquqlarının pozulmasından bəhs olunması hesabata şübhə ilə yanaşmağa əsas verir.

- Azərbaycanda İrana bağlı şəbəkəyə (Müsəlman Birliyi, “Hüseyniyyun” qruplaşmasının tərəfdarları) qarşı keçirilən əməliyyatlar dini etiqad azadlığının pozulması kimi qeyd olunur, həbs edilən İran casusları “vicdan məhbusu” adlandırılır;

USCIRF-nin bundan əvvəlki hesabatlarında da İrana bağlı şəbəkəyə qarşı addımlar din azadlığının pozulması olaraq göstərilib.

Bu məqam xüsusilə maraqlıdır və həmişə bir sualı ön plana çıxarır: İranla düşmən mövqedə olan ABŞ Azərbaycanda molla rejiminə işləyənləri niyə müdafiə edir? Yaxud dünyəvilikdən yana olan Vaşinqton Azərbaycanda “şəriət hökuməti” qurmaq istəyənlərə (İranın dini qüvvələrinə bağlı olanlar bunu gizlətmirlər) niyə bu formada dəstək verir?

Cari hədəfin rəsmi Bakıya təzyiq məqsədi daşıdığı bəllidir, xüsusilə regional proseslər fonunda bu aydın görünür. Lakin burada kökləri daha dərinə gedən səbəblər də var.

Birincisi, Azərbaycanda “dini müxalifətin” formalaşması planıdır: siyasi-ideoloji olaraq Qərbə yaxın liberal müxalifətin xüsusilə 2005-ci ildən sonra yüksəlişə keçən “siyasiləşmiş dindarlar”la dərin əməkdaşlığı da bundan qaynaqlanırdı;

İkincisi, tarixi ənənənin davam etdirilməsidir: İranda 1979-cu il İslam inqilabının əsas hədəflərindən biri SSRİ-nin sərhədlərində dini rejimin yaradılması, kommunizmin yayılması önünə səddin çəkilməsi idi, indi hədəflər dəyişsə də, bu coğrafiyada “siyasi İslamın” dəstəklənməsi ənənəsi davam etdirilir;


Müəllif: Asif Nərimanlı

Oxşar xəbərlər