27 Yanvar 12:18
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib.

Teleqraf.com xəbər verir ki, jurnalistlərə açıqlamasında nazir deyib ki, əsas məsələ baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsidir.

Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".

Nazir bildirib ki, mürəkkəb məqamlar varsa, İran tərəfi ilə bunu danışmalıyıq və danışırıq.

"İran bizim qonşumuzdur, ancaq neqativ məsələlərə köklənməməliyik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər