Azərbaycan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırıb. Bu, qurumun ölkəmizə qarşı olan mövqeyinə siyasi cavab idi.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Sahidə Qafarova deyib.
O qeyd edib ki, AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi ortadadır: "Qurum Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasını heç cür qəbul edə bilmir".
Spiker bildirib ki, Parlament Assambleyasının nüfuzuna zərbə vuran son hadisə təşkilatın demokratiyadan tamamilə uzaq olduğunu təsdiqləyir: “Azərbaycan bütün bunlara baxmayaraq özünün demokratik siyasi xətdə inkişafını təmin edir”.