Hindistanın Türkiyədə olan səfiri xərçəngdən vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda deyilir ki, bir müddətdir xərçəngdən müalicə olunan Virander Paulun ölüm xəbəri Nazirlik üçün böyük itkidir. Səfirin Hindistanda vəfat etdiyi deyilib.