12 İyul 10:55
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğan 44 günlük savaşda Azərbaycanın yanında dayanmış liderdir. Başqaları bir helikopter verməyəndə o, F-16-ları Azərbaycana göndərmişdi. Ərdoğan Azərbaycanın maraqlarına zidd addım atmadıqca hansısa azərbaycanlının onu tənqid edib aşağılaması əxlaqa və insanlığa zidd hərəkətdir.

Bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin xalqcebhesi.az-a açıqlamasında deyib.

"Xalqımız Ərdoğanı, Çavuşoğlunu və Hulusi Akarı hər zaman hörmətlə anmalı, onların adı Azərbaycanda əbədiləşdirilməlidir. Türkiyə böyük dövlətdir, biz onun daxili və xarici siyasətinə qarışmamalıyıq. Xalqın mandat verdiyi liderlər müəyyən edir ki, dövlətlərinin maraqları nəyi tələb edir. Ərdoğana hücum edənlərə, sadəcə ayıb olsun", - deyə bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər