29 İyul 23:37
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabra qədər BMT Baş katibi Antonio Quterreşin Azərbaycana səfəri nəzərdə tutulmayıb.

Teleqraf.com xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dujarrik deyib.

Baş katibin Bakıya səfəri çərçivəsində Azərbaycanın Qarabağ bölgəsini ziyarət edəcəyinə dair hansısa planın olması barəsində suala cavab verən sözçü noyabr ayında bu məsələ barədə məlumat verilə biləcəyini deyib:

"Hələ iyul ayıdır, mən səyahət haqqında danışmayacağam. Ola bilər ki, bu, noyabra qədər baş verməyəcək".

Qeyd edək ki, Quterreş COP29 konfransında iştirak etmək üçün Bakıya gələcəyini təsdiqləyib.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər