28 Sentyabr 22:32
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Qərblə dialoqdan imtina etmir".

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-də çıxışı zamanı deyib.

“Biz özümüzü Qərblə dialoqdan təcrid etmirik. Əksinə Avrasiyada bərabər və bölünməz təhlükəsizlik ideyasını irəli sürürük" - Lavrov çıxışı zamanı qeyd edib.

Lavrov çıxışı zamanı bildirib ki, BMT Katibliyi “Şimal axını” qaz kəmərlərində törədilən təxribatları və Buçada baş verən hadisələri aydınlaşdırmaq zərurətini nəzərdən qaçırmamalıdır.


Müəllif: Arzu

Oxşar xəbərlər