İranın ali dini lideri Ayətullah Əli Xameneyi “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullahın vəfatı ilə bağlı ölkədə beş günlük matəm elan edib.
Teleqraf.com xəbər verir ki, İranda matəm elan olunması ilə bağlı məlumat Ayətullah Əli Xameneyinin müvafiq qərarında göstərilib.
Qeyd edək ki, Həsən Nəsrullah İsrailin Beyrutu vurmağı nəticəsində ölüb.