Ukraynanın Xarkov vilayətinin Kupyan rayonu istiqamətində irimiqyaslı hücuma keçən Rusiya ordusu ağır itkilər verib. Döyüş meydanında rusların 30-dan çox texnikası məhv edilib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna ordusunun “Axilles” batalyonunun komandiri Yuri Fedorenko deyib.
Onun sözlərinə görə, Rusiya zərbə-hücum əməliyyatları zamanı 50-dən çox zirehli texnikadan istifadə edib.
“Biz mənim indiyədək gördüyüm ən kütləvi hücumlardan birini dəf etməyə müvəffəq olduq”, - Fedorenko vurğulayıb.