28 Sentyabr 19:13
1 355
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qurban kimi seçdiyi Ermənistandan Cənubi Qafqaza giriş nöqtəsi kimi istifadə etməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq İvan Safrançuk deyib.

Onun sözlərinə görə, ABŞ-ın Qafqaz siyasətinin əsası Rusiyaya zərər verməklə bağlıdır, əsas məqsədi də budur:

“Amerikanın yanaşması onunla bağlıdır ki, həmişə və bütün regional tənzimləmələrdə zəifi güclüyə qarşı dəstəkləmək lazımdır. Bölgədə qurban varsa, o qurban giriş nöqtəsidir. Yəni çox güclü birinin olmaması üçün zəif tərəfi güclüyə qarşı dəstəkləmək lazımdır. Buna görə də Amerika diplomatiyası hazırda Ermənistanı indiki vəziyyətində regionda siyasətini aktivləşdirmək üçün ən sərfəli məqam hesab edir”.

Safrançukun fikrincə, ABŞ həmişə Rusiyanın olduğu bütün bölgələrə, o cümlədən Cənubi Qafqaza girməyə çalışır: “ABŞ özünü bölgədə qaçılmaz bir güc kimi göstərmək üçün çox səy göstərir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər