28 Sentyabr 22:48
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Kozaça Lopan qəsəbəsinə PUA hücumu nəticəsində ölkənin Ali Məhkəməsinin hakimi ölüb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının sədri Oleq Sinequbov məlumat verib.

Xarkov vilayət prokurorluğu məlumatı təsdiqləyərək ölən şəxsin Ali Məhkəmə hakimi olduğunu açıqlayıb. Daha sonra Ali Məhkəmə həlak olan şəxsin Leonid Loboyko olduğunu bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər