İsrail ordusu Beyruta növbəti zərbəsi zamanı “Hizbullah” hərəkatının hərbi qanadının kəşfiyyat şöbəsinin üzvü Həsən Xəlil Yasini öldürdüyünü bildirib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Həsən Xəlil Yasini İsrail Hərbi Hava Qüvvələrinin “Hizbullah”ın yerləşdiyi Beyrutun Dahiya bölgəsinə endirdiyi zərbə nəticəsində öldürülüb.