Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidovla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, tərəflər Azərbaycan və Özbəkistan arasında qardaşlıq, dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi, nəqliyyat, mədəni, humanitar və digər aspektlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov özbəkistanlı həmkarına COP29-a hazırlıq, eləcə də regionda münaqişədən sonrakı vəziyyət barədə məlumat verib.