Pakistanda rusların idarə etdiyi helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” təhlükəsizlik orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.
Helikopter Xeybər Paxtunxva əyalətində özəl şirkət tərəfindən icarəyə götürülmüşdü.
Helikopter Əfqanıstan sərhədindən çox da uzaq olmayan Şimali Vəziristanın qeyri-sabit bölgəsində qəzaya uğrayıb.
Vertolyotda rus pilotlar da daxil olmaqla 14 sərnişinin olduğunu bildirən mənbələr qəza nəticəsində 8 nəfərin yaralanaraq xəstəxanaya yerləşdirildiyini deyirlər.