Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində obyektdə baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.
O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə saat 15:26-da məlumat daxil olub:
"FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin əməkdaşları hadisə yerinə göndərilib. Ətraf ərazilərə, yaşayış yerlərinə, eləcə də bitişik digər sexlərə yanğının yayılmasının qarşısı alınıb. Yanğın məhdudlaşdırılıb, hazırda söndürülməsi istiqamətində işlər aparılır. Ərazi təxmini 5 min kvadratmetr olsa da, tüstülənmə olduğu üçün yanğın baş verən ərazini müəyyən etmək mümkün deyil".İsrail Müdafiə Qüvvələrinin (IDF) Livan Hizbullahının baş katibi Həsən Nəsrullaha hücumu İsrail hakimiyyətinin ehtiyatsızlığını göstərir. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial şəbəkəsində bildirib .
“İsrail hökuməti getdikcə ehtiyatsızlaşır, çünki onu silah və sursatla təmin edən güclər tərəfindən korlanır” – Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin İsrail hakimiyyətini “bütün insanlığa, humanitar dəyərlərə və beynəlxalq hüquqa meydan oxumaqda” ittiham edib. Türkiyə prezidenti İslam dünyası ölkələrini daha qətiyyətli mövqe tutmağa çağırıb və Ankaranın Livan xalqına və hökumətinə dəstəyini davam etdirəcəyinə əmin edib.