15:03
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda işgüzar səfərdə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

Baş Qərargah rəisinin müavinini Tiflisdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Georgi Matiaşvilini qəbul edib. Tərəflər müdafiə sahəsində əməkdaşlığın davamlı inkişafı və genişləndirilməsini vurğulayıblar.

Yeroyan Gürcüstanın Baş Qərargah rəisi, general-mayor Conni Tatunaşvili ilə də görüşüb. Ermənistan silahlı qüvvələri ilə Gürcüstanın müdafiə qüvvələri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər